Rusiya - Türkiyə Monitorinq Mərkəzi Qarabağda atəşkəs pozuntusu qeydə almayıb

Rusiya - Türkiyə Monitorinq Mərkəzi Qarabağda atəşkəs pozuntusu qeydə almayıb
SİYASƏT
22:04 05.02.2021
680
Türkiyə Müdafiə Nazirliyi öz rəsmi saytında Qarabağda qurulan Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinə dair yeni məlumat dərc edib. Məlumat nazirliyin "Twitter” səhifəsində də paylaşılıb.

Nazirliyin məlumatında bildirilir ki, Qarabağda atəşkəsə riayət olunması üçün qurulan Türkiyə-Rusiya ortaq mərkəzi fəaliyyətinə davam edir.

Ermənistan işğalından azad edilən Qarabağın Ağdam rayonunda fəaliyyət göstərən mərkəzdə pilotsuz uçuş aparatları ilə (PUA) əldə olunan görüntülər izlənilir və atəşkəsə əməl olunub-olunmaması yoxlanılır.

Dörd hektar ərazidə, 65 yaşayış və xidmət sahəsinin yer aldığı mərkəzdə, PUA personalı da daxil olmaqla, türk və rus əsgərləri birlikdə xidmət edirlər. Hər ölkəyə aid qərargah zonasının olduğu mərkəzdə məscid və kilsə də var. Mərkəzin təhlükəsizliyi Azərbaycan əsgərləri tərəfindən təmin olunur.

İdman salonu, futbol, voleybol və basketbol meydançalarının yer aldığı mərkəzdə, qarşılıqlı müsabiqələrin keçirilməsi də planlaşdırılır.

Mərkəzdəki növbətçi türk polkovniki Əli Qaraqaş jurnalistlərə açıqlamasında əsas vəzifənin bölgədəki bütün qarşıdurmalara son qoymaq və atəşkəsə nəzarət etmək olduğunu bildirib. Mərkəzdə atəşkəsin pozulması halları ilə əlaqədar məlumatların toplanması, birləşdirilməsi və yoxlanılmasının həyata keçirildiyini deyən polkovnik Qaraqaş, "Burada müşahidələr aparılır, PUA və digər mənbələrdən alınan məlumatlar qiymətləndirilir, qeyd olunur. Müvafiq şikayətlər və ya problemlər araşdırılır, atəşkəsin pozulması hallarının qarşısını almaq üçün tədbirlər görülür”, -deyə vurğulayıb.

Rus zabiti polkovnik Mixail Zavalkin də həftənin 7 günü 24 saat ərzində PUA ilə müşahidə apardıqlarını və bugünə qədər heç bir pozuntu aşkar edilmədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."