Rusiya öz ərazisini Ermənistan mallarının tranziti üçün də bağladı

Rusiya öz ərazisini Ermənistan mallarının tranziti üçün də bağladı
DÜNYA
03:16 03.06.2026
179
Ermənistanda 7 iyun seçkiləri yaxınlaşdıqca, Rusiyanın iqtisadi təzyiq rıçaqlarından istifadə halları artır.

Pomidor, meyvə, tərəvəz, gül, alkoqollu içkilərin ardınca, Rosselxoznadzor (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) 3 iyun tarixindən etibarən Ermənistandan nar meyvələrinin, badımcanın, kartofun və quru meyvələrin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Xidmətin açıqlamasından aydın olur ki, bu dəfə yalnız Rusiyaya idxal deyil, həmin məhsullarıb Rusiya ərazisi vasitəsilə Avrasiya İqtisadi Birliyi üzv dövlətlərinə tranziti də qadağan olunur. Rusiya hakimiyyətinin təzyiq aləti olan Rosselxoznadzor bunu həmin dövlətlər tərəfindən karantin məhsullarının qəbulunu təsdiqləyən mexanizmlərin olmaması ilə əsaslandırır.

/musavat.com
OXŞAR XƏBƏRLƏR