Rusiyada hər il 400 min insan tütünün qurbanı olur

Rusiyada hər il 400 min insan tütünün qurbanı olur
Bütün Xəbərlər
07:58 17.10.2012
911
Rusiyanın baş naziri Dmitri Medvedev ölkədə tütün reklamına qadağa qoyulmasını tələb edib. Tütünün cəmiyyətə zərərlərindən danışan Medvedev bildirib ki, hər il tütünün törətdiyi xəstəliklərdən yüzlərlə insan ölür. Onun sözlərinə görə, belə bir ciddi problemin qarşısını almaq artıq zərurətə çevrilib.“Tütün aludəçiliyi hər il ölkəmizdə yüzlərlə insanın ölümünə səbəb olur. Bu hər il böyük bir şəhərin xəritəmizdən silinməsi deməkdir. Yüzlərlə insan tütünün yaratdığı xərçəng, emfizema, infarkt və ya iflicdən əziyyət çəkir. Bu uzun və əzablı bir prosesdir” – deyə Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.Medvedevin sözlərinə görə, yeni qanun təkcə siqaret çəkmək üçün yerləri məhdudlaşdırmır, həm də siqaret satılan yerlərin sayının azaldılması, tütün reklamının tam qadağan edilməsi və siqaret istehsalçılarına vergilərin artırılmasını nəzərdə tutur. Sözügedən qanuna görə, 2015-ci ilə qədər tədricən bütün ictimai yerlərdə, kafe və restoranlarda, dövlət idarələrində siqaret çəkilməsi qadağan olunur.
OXŞAR XƏBƏRLƏR