Rusiyanın Moskva vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.
Qeyd olunub ki, Sergiyev-Posad şəhər dairəsində enişə yaxınlaşarkən yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Yerə çırpıldıqdan sonra hava gəmisində yanğın baş verib.
Qəzanın başvermə səbəbi araşdırılır.