Rusiyanın Almaniyadakı səfirliyi bu ölkədəki ruslara xəbərdarlıq etdi

Rusiyanın Almaniyadakı səfirliyi bu ölkədəki ruslara xəbərdarlıq etdi
DÜNYA
01:03 31.10.2026
217
Berlindəki Rusiya səfirliyinin konsulluq şöbəsi Almaniyada yaşayan rusları 31 oktyabrda Almaniya şəhərlərində keçirilməsi planlaşdırılan gənclərin etirazları ilə əlaqədar ayıq-sayıq olmağa çağırıb.

AZXEBER.COM teleqraf-a istinadən xəbər verir ki, səfirliyin konsulluq şöbəsinin Telegram kanalında dərc olunmuş açıqlamada qeyd olunur: "Almaniya hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarına görə, şənbə günü Almaniyanın bir neçə şəhərində nümayişlər və etirazlar planlaşdırılır. Xüsusilə Berlin, Hamburq, Köln, Frankfurt-Mayn, Ştutqart, Leypsiq, Bielefeld, Nürnberq, Münster və Essendə tədbirlər elan edilib. Almaniya hüquq-mühafizə orqanları ictimai iğtişaşların baş vermə ehtimalını mümkün sayır. Bununla əlaqədar olaraq, rusiyalılara ictimai yerlərdə, xüsusən də kütləvi tədbirlərin keçirildiyi yerlərdə daha çox sayıqlıq göstərmələri və sakit qalmaları, alman polisinin tələblərinə, təlimatlarına, eləcə də müəyyən edilmiş təhlükəsizlik tədbirlərinə əməl etmələri, səyahət marşrutlarını əvvəlcədən yoxlamaları, münaqişə vəziyyətlərindən qaçınmaları tövsiyə olunur".
OXŞAR XƏBƏRLƏR