Rusiya Federasiyasının Samara şəhərində Azərbaycan vətəndaşı tutulub.
AZXEBER.COM-un Rusiya Baş Prokurorluq saytına istinadən verdiyi məlumata görə, fevralın 5-də Kirov rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 qramdan çox heroini satmağa cəhd edən 27 yaşlı Azərbaycan vətəndaşı Qismət Səfiyev və 23 yaşlı Rusiya vətəndaşı Raç Məmmədov tutulub.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 228.1 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin satışına cəhd edilməsi) maddəsi üzrə cinayət işi qaldırılıb, istintaq gedir.
Q.Səfiyev və R.Məmmədov barəsində həbs-qətimkanı seçilib.