Sərdar Cəlaloğlu: “İctimai Palata perspektivsiz qurumdur”
Bütün Xəbərlər
10:22 28.03.2011
1545
Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. O hesab edir ki, İctimai Palata ideyasının yaranması səbəbləri və bu ideyanın həyata keçirilməsi təcrübəsi arasında kəskin ziddiyyətlər mövcuddur: “Hesab edirəm ki, əgər ideyanın icrası uyğun şəkildə həyata keçirilsə, indiki dövrdə ən uğurlu ideyalardan biri olar. Çox təəssüf ki, indiyə qədər İctimai Palata ideyası öz mahiyyətinə uyğun formada həyata keçirilmir. Ona görə də mən o qurumu mənasız bir şey hesab edirəm”.
Sərdar Cəlaloğlu qeyd edib ki, İctimai Palatanı təsis edənlər ciddi nöqsanlara yol veriblər: “İctimai Palatanı elə təşkil ediblər ki, o nə təşkilat, nə hərəkat, nə də başqa cür anlaşılan bir şeydir”.