Saakaşviliyə yeni diaqnoz qoyuldu

DÜNYA
22:39 28.11.2021
391
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicəsini izləyən həkimlər şurası ona posttravmatik stress pozğunluğu diaqnozu qoyub.

Bu barədə jurnalistlərə şuranın rəhbəri, "Empatiya” təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

"Xəstənin həbsxanada olması və zorakılıq faktları ilə əlaqədar onda posttravmatik stress pozğunluğu sindromu təsdiqlənib. Nevroloji simptomlar da müşahidə olunur. Bilirsiniz ki, söhbət həm də Vernik ensefalopatiyasından da gedir ki, bu, aclıq aksiyasının nəticəsidir”,- deyə  Cişkariani bildirib.

O, həmçinin əlavə edib ki, Saakaşvilinin stasionar multidissiplinar reabilitasiya müalicəsinə ehtiyacı var.

Xatırladaq ki, hazırda Saakaşvili Qori hərbi hospitalında müaliəcə alır.

OXŞAR XƏBƏRLƏR