Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
SOSİAL
19:05 13.09.2026
244
Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 6:00-dan etibarən Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd olunub ki, təmir səbəbilə sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

"Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR