"Sabah"ın futbolçusunun üzündə sınıq aşkarlandı

"Sabah"ın futbolçusunun üzündə sınıq aşkarlandı
İDMAN
14:32 19.04.2026
535
Ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda baş tutan "Qarabağ” - "Sabah” oyununda zədələnən Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gətirilib.

Bu barədə klub məlumat yayıb.

Bildirilib ki, ilkin müayinənin nəticəsinə görə, hücumçu üz nahiyəsindən xəsarət alıb, sınıq aşkarlanıb.

Qeyd edək ki, qarşılaşma "Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR