Həkimlər həmin şəxsin həyatını xilas edə bilməyiblər
Sabunçu rayonu ərazisində yanğın olub.
AZXEEBER.COM Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən günorta saatlarında Sabunçu rayonu ərazisində yaşayan Valeriy Hüseynovun evində yanğın baş verib. Nəticədə ev yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən ev sahibi orada ölüb.