Şadlıq sarayının icarədarı 4000 manat cərimə olundu

SOSİAL
16:57 25.07.2021
339
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "AFFA" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, adı çəkilən şadlıq sarayının icarədarı R.Məmmədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarı 4000 manat məbləğində cərimə olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Kolanı, Talış, Meyniman və İkinci Udulu kəndlərində dörd fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində də müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi aşkarlanıb.

Həmin toy məclislərinin sahibləri ilə izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

OXŞAR XƏBƏRLƏR