Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı

Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
İQTİSADİYYAT
17:43 25.11.2020
837

Azərbaycan Beynəlxalq Bankı pandemiya dövründə kiçik və orta biznesə dəstək məqsədilə daha bir kredit məhsulunun şərtlərini dəyişib. Bu, "İnvoysun maliyyələşdirilməsi” kreditidir. Dəyişikliyə görə, kreditin limiti ikiqat artırılaraq 500000-dən 1000000 manata çatdırılıb. İllik faiz dərəcəsi isə 3% endirilib.

Kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən kiçik və orta sahibkarlara Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada göstərilmiş məbləğin 90%-dək kredit limiti ayırır.

"İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri:

• Kreditin məbləği – 1 000000 manatadək

• Kredit limitinin müddəti - 12 ayadək

• İllik faiz dərəcəsi - 12%-dən başlayaraq

 

Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu link üzərindən onlayn qaydada sifariş etmək olar. Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlara məsafədən hesab açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın İBA Link xidmətindən faydalanaraq öz elektron ticarət sistemlərini qura, məsafədən satışlar həyata keçirərək ödənişlərini onlayn qaydada qəbul edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankının Korporativ bankçılıq üzrə baş direktoru Nərgiz Biləndərli bildirib: "İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtlərini dəyişməyimiz sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaradacaq. Bizneslərin inkişafına təkan verəcək. Kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı!
14:20 21.10.2026
Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı!
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
14:07 21.10.2026
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
14:05 21.10.2026
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
14:04 21.10.2026
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
14:03 21.10.2026
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb