Sahibkarların fərdi inkişafı üçün videotəlimlər başlandı

Sahibkarların fərdi inkişafı üçün videotəlimlər başlandı
İQTİSADİYYAT
16:57 27.04.2020
1304
Azərbaycan Beynəlxalq Bankının "Sahibkarlar Klubu” iş adamları üçün videotəlimlər layihəsinə start verir. Klubun təqdim etdiyi silsilə videotəlimləri izləməklə gündəlik fəaliyyət zamanı sahibkarlar üçün faydalı bilik və məlumatlar əldə etmək olar.

AZXEBER.COM xəbər verir ki, ilk videotəlimlərdə COVİD-19-la bağlı qlobal durumun biznes üçün yaratdığı reallıqlar nəzərə alınıb. Videotəlimlərin mövzuları COVİD-19 dövründə və ondan sonra biznesin daha səmərəli və effektiv qurulması, yeni imkanların tapılmasından ötrü sahibkarların xüsusilə diqqət etməli olduqları məsələlərə həsr edilib. Belə ki, sahibkarlar bu videotəlimlər vasitəsilə böhran dövründə bizneslərin dayanıqlığının qorunması və inkişafı üçün mühüm strategiyalar, biznes proseslərin avtomatlaşdırılması, effektiv satışın təşkili, sığorta, müqavilə öhdəlikləri ilə bağlı hüquqi mübahisələr, logistika zəncirinin qurulması və s. mövzularda maraqlı bilgilər əldə edəcəklər.

Karantin dövründə təşkil edilən distant toplantıların, sahibkarlarla tərəfdaşlar, müştərilər arasında keçirilən onlayn görüşlərin iş adamları üçün natiqlik, təqdimat bacarıqlarını xüsusilə aktuallaşdırdığını nəzərə alaraq bu mövzu da diqqətdən kənarda qalmayıb. Elə silsilənin ilk videotəlimi də sahibkarlar üçün ictimai natiqlik bacarıqlarına həsr edilib. İctimai çıxışlar və korporativ kommunikasiya üzrə peşəkar təlimçilərdən olan Rəşad Bayramov öz videotəlimində sahibkarlara uğurlu çıxışın, effektiv onlayn kommunikasiyaların, həmsöhbəti inandırmağı bacarmağın, təqdimatlar zamanı vaxtı idarə etməyin və s. incəliklərini izah edəcək. Videotəlimlərin anonsunu buradan izləmək olar.

Qeyd edək ki, "Sahibkarlar Klubu”nu yaratmaqda Azərbaycan Beynəlxalq Bankının məqsədi kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsidir.

  • Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan