Şahin Ağabəylinin xatirəsinə - KÖŞƏ

Şahin Ağabəylinin xatirəsinə - KÖŞƏ
KÖŞƏ
11:00 27.10.2012
1580
Peyman SADIQOV Ölüm bilinməyəndir. Bəzən bir qaçış, bəzən də bir qurtuluşdur. Əvvəlində ən çox çalışılan imtahandır. Günlər, həftələr, aylar, illər həsr olunur bir saniyəlik ürək duruşuna, gözlərin sonsuz yuxuya getməyinə. Səslərin eşidilmədiyi, gerçək dincliyə çatdığı tək andır.Əslində insanların hər biri çox cəsurdur. Öləcəklərini bildikləri halda həyata qaldıqları yerdən davam etməyi bacara bilirlər. Çox vaxt ağlımıza belə gəlmir ölüm. Sanki sonsuza qədər var olacaqmış kimi boş yaşayırıq həyatı. Həyatı monoton və darıxdırıcı edəndə budur məncə. Roussau'nun da dediyi kimi "Ölmə zamanı gəlincə, necə yaşamaq lazım olduğunu anlamağın nə dəyəri var?"Ölüm həyatın içində də vardır əslində. Öyrədə-öyrədə gəlir. Sevgilinin ayrılığı, dostluğun sonu da bir ölümdür. Həyatın hər anında yaşayırıq ölümü. Bir duyğu bitər yəni ölər. Daha sonra yeniləri doğular, böyüyər. Gerçək ölümün bu vəziyyətdən tək fərqi artıq yeni duyğuların doğmayacak olmasıdır. Bəlkə də ölümü bu qədər qorxuducu edən şey artıq yeni duyğuların olmayacaq olmasıdır. Öyrəniləcək, görüləcək bir şeyin qalmamasıdır. Gediləcək bir yerin olmamasıdır. Bir baxıma həyatdan təqaüdçü olmaq.Davamlı bir qaçaqaç ilə keçər hər birimizin həyatı. Hər şeyi öyrənirik. Gülərik, ağlayarıq bəzi zamanlar. Nə üçün? Bir gün gedərkən arxamızda izlər buraxmaq üçünmü? Həyat bəlkə də geridə qalan izlərdir. Ölümü güclü edənsə hər duyğunun, düşüncənin fərqində olunmadan ölümə həsr olunmasıdır. Hər birinin eyni anda kəsişdiyi tək nöqtədir.İşin qəribə tərəfi isə belə bənzərsiz, qiymətli bir anlara sevgi ilə baxılmamasıdır. Doğum ölümə hazırlıqdır. Bəlkə də göz yaşlarıdır ölümə göstərilən sevgi...Bu gün «Milli Yol» qəzetinin və Poliqon İnformasiya Agentliyinin qurucusu və Baş redaktoru Şahin Ağabəylinin faciəli ölümünün iki ili tamam olur. Mərhum jurnalistin ölümü həmkarları üçün nə qədər acı olsada gərçəklərə dözməliyik. Allahın onun alnına yazdığı ömür bura qədər imiş. Şahin Ağabəyli öz dəstixətti ilə tanınmış jurnalist idi. Onun keşməkeşli həyatı haqqında nə qədər yazsaq da azdır. Həqiqətən O, peşəsinə vurğun, gözəl insan, qəlbi Azərbaycanla döyünən dəyərli bir şəxsiyyət idi. Şahin Azərbaycan mediası üçün sanki “arxeoloji nadir tapıntı” idi. Onun yoxluğu hər bir jurnalist üçün acı vericidir. Ömrünün ən gözəl çağında həyata gözlərini yumdu. Deməkki bu da bizim acı taleyimiz və qara yazımızdır.Mən öz növbəmdə jürnalist Şahin Ağabəylinin vəfatından kədərləndiyimi bildirib, onun ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Məkanın cənnət olsun.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı