Sakinlər üfunət qoxusundan boğulur - VİDEO

Sakinlər üfunət qoxusundan boğulur - VİDEO
Bütün Xəbərlər
10:12 01.08.2014
392
Saleh Hüseynzadə küçəsi, 10 saylı internat məktəbinin qarşısındakı kanalizasiya xəttinin ləğv olunması Pirşağı qəsəbə sakinini narahat edir.Xəttin ləğv olunmasından sonra bütün çirkab sular yola və mənzillərə axır. Yayın bu istisində isə vəziyyət ürək bulandıran həddə çatıb. Sakinlər üfunət qoxusundan nə evdə, nə də bayırda rahat nəfəs ala bilirlər. Hələ çirkab sularının yaratdığı bataqlığın keçilməzliyini demirəm. Rahatlığı pozulan tək sakinlər deyil, həm də yolu burdan düşən avtomobil sürücüləridir.Qəsəbə sakinləri deyir ki, hər səhər təmiz hava almaq üçün açdıqları pəncərədən ancaq pis qoxu içəri daxil olur. Vəziyyəti bu həddə çatdıran, yəni kanalizasiya xəttini ləğv etdirən isə onlara adı belə məlum olmayan bir şəxsdir.Deyirlər ki, dəfələrlə aidiyyatı qurumlara üz tutublar. Amma problemlə bağlı lazımi tədbirlər görülməyib. Sakinlər iddia edir ki, onlardan kanalizasiya xəttinin çəkilişi üçün pul da tələb olunub və onlar hər ailədən adambaşına düşən pulu yığıb veriblər. Nəticə isə dəyişməz olaraq qalıb.Vəziyyətin hansı səbəbdən dəyişmədiyini öyrənmək üçün Sabunçu rayon icra hakimiyyətinin Pirşağı qəsəbə üzrə nümayəndəliyinin rəsmisi Xumarə Ələsgərova sakinlərin ərazidəki kanalizasiya xəttini heç kəsə məsləhət etmədən çəkdiyini, bunun üçün yığılan pulun onlara yox, işi gördükləri şəxsə verdiklərini bildirdi. Xumarə xanım onu da əlavə etdi ki, həmin ərazidəki xətt heç bir qurumun balansında olmadığından, problem də öz həllini bu günədək tapa bilməyib. Amma qəsəbə nümayəndəliyinin rəhbəri sakinlərə yardım əlini uzadır.Hazırda tək Saleh Hüseynzadə küçəsi deyil, ümumiyyətlə Pirşağı qəsəbəsində kanalizasiya şəbəkəsi qurulmayıb. Bu işlər 2014-2016-cı il Dövlət Proqramına salınb. Həmin vaxta qədərsə, ya sakinlər müvafiq qurumlarla ortaq məxrəcə gəlməli, ya da mövcud vəziyyətlə barışmalıdırlar.//ans
OXŞAR XƏBƏRLƏR