Sanki hamının bir problemi var: Ramil Səfərov - KÖŞƏ

Sanki hamının bir problemi var: Ramil Səfərov - KÖŞƏ
KÖŞƏ
17:31 12.09.2012
2742
Adil Qeybulla, professorBildiyimiz kimi, 1977-ci ildə anadan olmuş Ramil Sahib oğlu Səfərov 2004-cü ildə Macarıstanda NATO-nin tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Ramil Səfərov Türkiyənın Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirərək Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. Budapeşt məhkəməsi 2006-cı ildə hökm çıxararkən Qurqen Markaryanın Azərbaycan bayrağını təhqir etməsi, Ramil Səfərovun  şəxsiyyətini, yüksək təhsilli sabit olmasını, əvvəllər cinayət törətməməsini, Ermənistanın Azərbayacan torpaqlarını işğal etməsi, sivil dünyanın gözü qarşısında XX əsrin ən böyük qətliamını – Xocalı soyqırımını törətməsi, R.Səfərovun yaxınlarının öz yurd-yuvasından qovulması, onun yaxınlarının xatirəsinə hörmətsizlik edilməsi kimi mənəvi-psixoloji affekt vəziyyəti qətiyyən nəzərə alınmamışdır. R.Səfərova çıxarılan hökm orta əsrlər inkvizisiya məhkəmələrinin hökmləri ilə analogiya təşkil edir. Budapeşt Məhkəməsinin qərarının nasist erməni lobbiçilik təzyiqi ilə verilən siyasi qərar olduğunu sübut etməyə ehtiyac qalmır.Ramil Səfərovun öz vətəninə ekstradisiyası   Azərbaycanın da 2000-ci ildə qoşulduğu və 1983-cü ildə imzalanmış “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının şərtləri əsasında, tam qanuni olaraq həyata keçirilmişdir. Bu, bütövlükdə Macarıstan məhkəməsinin haqsız qərarının korreksiyası idi. Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar öz əksinin tapmışdır.Macarıstan baş nazir aparatının xarici iqtisadi fəaliyyət üzrə dövlət katibi Peter Siyarto Macarıstan hökumətinin məhkumların təhvil verilməsinə dair beynəlxalq Konvensiyaya uyğun hərəkət etdiyini söyləyib. O qeyd edib ki, bu, adi beynəlxalq-hüquqi prosesdir və Macarıstan il ərzində orta hesabla 10-12 məhbusu təhvil verir. 21 avqust 2012-ci il saat 13.40-da R.Səfərov “Azərbaycan Hava Yolları” Şirkətinin xüsusi reysi ilə Bakıya gətirilmişdir və elə həmin gün də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əfv edilmişdir. Türkiyənin Los-Angelesdə baş konsulu Mehmet Beydur və vitse-konsul Bahadur Demiri Santa-Barbaradakı “Baltimor” mehmanxanasına dəvət edərək güllələyib öldürən, məhkəmədə türk düşməni olduğunu bəyan edən və tutduğu əməldən qətiyyən peşmançılıq keçirmədiyini bildirən və 1973-cü ildə ömürlük həbs cəzasına məhkum edilən  erməni terroristi Qurqen Yanikyanın Türkiyənin protestlərinə baxmayaraq 1984-cü ildə ABŞ məhkəməsi tərəfindən azadlığa buraxılması qarşılığında Vaşinqtonun R.Səfərov faktına sərt münasibəti ABŞ kimi demokratiya beşiyi olan ölkənin reputasiyasına zərbə və ikili standart deyilmi?1983-cü ilin 15 iyulunda Parisin Orli aeroportunda 8 adamın ölümü (2 türk, 4 fransız, 1 isveçli, 1 amerikalı), 55 adamın yaralanması ilə sonuclanan terror aktının  törədicisi ASALA üzvü Varujan Karapetyan Fransa məhkəməsinin 3 mart 1985-ci il hökmü ilə ömürlük həbs cəzasına məhkum edilir və 2001-ci ildə həmin Fransa məhkəməsi tərəfindən azad edilir və Ermənistana deportasiya edilir. 2001-ci ilin 4 mayında V.Karapetyanla görüşən Ermənistanın Baş naziri Andranik Markaryan, Silva Kapitukyan, Zori Balayan kimi faşist təfəkkürlü erməni millətçiləri onu milli qəhrəman kimi qarşıladılar. Bu cür misalları saysız hesabsız çəkmək olar. Avropa Şurası Baş katibinin həmyerlisi, 77 adamı qətlə yetirən, törətdiyi əməldən peşmançılıq keçirməyən Breyviq adlı bir caniyə 21 il iş verilir, hamı susur.Erməni lobbistləri və onların ASALA başda olmaqla hərbi-siyasi dəstək verdiyi, himayə etdiyi terror hörgütü sivil dünyanın terrorla mübarizə apardığı bir dövrdə bizi hədələyir, dünya isə üəmmalı şəkildə susur! Erməni lobbisinin silah ticarətindən, narkobiznesdən əldə etdiyi maliyyəsi ilə ömür sürən, riyakar və əqidəsini satmış, korrupsiyalaşmış senatorların dünyanın korrupsiya ilə mübarizə aparan demokratik ölkələrində Azərbaycana qarşı əsil düşmənçilik siyasətinə niyə biganə yanaşılır?Sanki hamının bir problemi var: Ramil Səfərov problemi.  Ayıbdır sadəcə!Ramil Səfərov məsələsinə yalnız bir kontekstdən yanaşılmalıdır: Azərbaycan öz zabitini Vətənə qaytarıb! Deməli biz də güc oluruq və olmalıyıq. Azərbaycan Türkiyə ilə birgə dünyada güc olmalıdır – siyasi və iqtisadi güc. Bizm hədəfimiz həm də özümüzü təsdiq etməkdir, çünki bizim torpağımız işğal olunub, heysiyyatımız təhqir olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub