Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, o, səhiyyə nazirinin müşaviri təyin edilib.
Qeyd edək ki, T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diploma yiyələnib.











































