Şəkidə məşhur əyləncə mərkəzində faciə: Həlak olanların adları bilindi

Şəkidə məşhur əyləncə mərkəzində faciə: Həlak olanların adları bilindi
SOSİAL
20:23 08.09.2026
104
"Şəki Yaylası" istirahət mərkəzində faciəli şəkildə ölənlərin kimliyi məlum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.

İlkin məlumata görə, faciə Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR