"Şəkili Pərviz" həbs olundu

"Şəkili Pərviz" həbs olundu
SOSİAL
21:30 25.04.2026
881
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, TikTokda "Şəkili Pərviz" ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib. 

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 30 günlük inzibati həbs qərarı elan edilib.
OXŞAR XƏBƏRLƏR