Seks videosu qalmaqalındakı direktor üzr istədi — “Şeytana lənət olsun”

Seks videosu qalmaqalındakı direktor üzr istədi — “Şeytana lənət olsun”
SOSİAL
23:04 14.01.2017
9975

 

Bir neçə gündür ki, ölkə mətbuatının gündəminə çevrilən Şəmkir kənd məktəbində baş verən pornovideo qalmaqalı ilə bağlı yeni xəbər var.

Məktəbin direktoru Akif Namazov musavat.com-a açıqlama verərək barəsində ağır ittihamlar səsləndirdiyi laborantı Xatirə Əliyevadan və onun həyat yoldaşından üzr istədiyini deyib.

Direktorun sözlərinə görə, ittihamları anlaqsız vəziyyətdə olarkən deyib: "Açıqlamalarımda Xatirə xanımın şərəf və ləyaqəti haqqında özümdən asılı olmayaraq bəzi sözlər dedim. Həm də mən bir az xəstə adamam, dərman içirəm, özləri bilir. Həm də tələm-tələsiklik oldu, heç bilməmişəm zəng hardan gəlib, necə olub, kimdir mənimlə danışan. Başımı qaldırdım ki, belə qalmaqal olub, yəni işin mahiyyətini bilməmişəm. Özümdə olmamışam. Xatirə Əliyeva mənim ən yaxın və ən yaxşı işçim olub. Özündən soruşa bilərsiz ki, bizim aramızda tük qədər inciklik, narazılıq olmayıb. Münasibətimiz olduqca isti, yaxşı olub. Bu Allaha da əyandır, bütün kollektivimiz də bilir. Ümumiyyətlə, Azərbaycanımıza layiq olmayan şeylər lazım deyil. Ailə məsələsi var burda. Onun gözəl ailəsi var. Dediyim o ittihamlar hamısı bitib, arxada qalıb. Çox xahiş edirəm, onların hamısını saytlardan siləsiz".

Onun sözlərinə görə, işdən çıxartdığı laborant yenidən işinə bərpa olunacaq, ki, aradan narazılıq götürülsün: "Xatirə xanımın özündən də, həyat yoldaşından da üzürxahlıq etmişəm... Sonra orda demişdim ki, polisə pul verib canlarını qurtarıblar. Polis çox yaxşı insandır. Bilmirəm indi onu demişəm ya yox, çalışın onlar da silinsin. Amma elə şey olmayıb. Allah şeytana lənət eləsin".

Akif Namazov işdən çıxarılmadığını, hələ də öz vəzifəsində çalışdığını vurğulayıb.

Xatırladaq ki, bu günlərdə Şəmkir rayonu Aşağı Seyfəli kənd məktəbinin laborantı Xatirə Əliyeva müraciət edərək məktəbin direktorunu rüşvətxorluqda ittiham etmiş, şantaj yolu ilə işdən çıxarıldığını bildirmişdi. İttihamlara cavab olaraq məktəb direktoru Akif Namazov onu pornovideo qalmaqalıyla bağlı işdən çıxartdığını demişdi.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub