Səmayə Məmmədova “İRƏLİ” Media Akademiyasının qonağı oldu

Səmayə Məmmədova “İRƏLİ” Media Akademiyasının qonağı oldu
MEDİA
20:17 01.09.2011
2412

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin (AGİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “İRƏLİ” Media Akademiyasının qonağı olub.

AZXEBER.COM-un məlumatına görə, qonaq mətbuat katibi vəzifəsinin çox məsuliyyətli vəzifə olduğunu deyib: “Mətbuat xidməti bir növ nazirliyin simasıdır. Nazirliyin layihələri, görüşləri, məlumatları mətbuat xidməti vasitəsilə ictimaiyyətə çatdırılır. Mətbuat katibi jurnalistikaya yaxın adam olmalıdır, jurnalistləri tanımalıdır, onlarla diltapmalıdır. Bütün bu amillər çox vacibdir. Elə bu səbəbdəndir ki, çox vaxt təcrübəli, illərini mətbuata vermiş insanlar mətbuat katibi təyin olunur”.

Qonaq gənc jurnalistlərə peşələrini sevməyi arzulayıb: “İnsan heç bir sahədə mətbuatda ucaldığı qədər tez ucala, tanına bilməz. Jurnalistika elə bir aləmdir ki, gərək sənin dünyan yalnız ondan ibarət olsun. Ən əsası işi sevmək lazımdır. Əgər öz peşənizi sevsəniz, əminəm ki, böyük uğurlar əldə edəcəksiniz”.Səmayə Məmmədova tələbə-jurnalistlərə kitab oxumağı, mütaliə etməyi də məsləhət görüb: “Yaxşı jurnalist olmaq istəyirsizsə, mütləq mütaliə etmələsiniz. Kim deyir ki, mən çıxdım verilişdə bu qədər sözü ekspromt dedi, bilin ki, yalandır. Mütaliəsi olmayan insan efirə çıxanda tamaşaçı bunu çox aydın görür. Mənim Nitq Mədəniyyəti müəllimim Rafik Hüseynov olub. O hər zaman deyirdi ki, efirə çıxanda unutmayın ki, sizə nazir də baxa bilər, fəhlə də, şair də... Məsləhətim budur ki, dəqiq bilmədiyiniz mövzudan qətiyyən danışmayın, çünki efirdə bu çox aydın görünür. Mütləq işinizin peşəkarı olmalısınız. Ya siyasət jurnalisti olun, ya mədəniyyət, ya da iqtisadiyyat, fərq etməz,əsas işə bələd olmaqdır. “Həm burada, həm orada olacam” fikri düzgün fikir deyil. Bir sahəni tam öyrənin. Əmin olun, bunları nəzərə alsanız, çox güclü jurnalist olacaqsınız”.Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə gənc jurnalistlər özlərini maraqlandıran suallara cavab tapa biliblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
12:26 15.08.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb