Şəmkirdə artezianın fəaliyyəti niyə dayandırılıb? - VİDEO

Şəmkirdə artezianın fəaliyyəti niyə dayandırılıb? - VİDEO
SOSİAL
22:09 12.05.2026
456
Şəmkir rayonunun Şota Rustaveli küçəsində uzun illər istismarda olan artezian fəaliyyəti dayandırılıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, su qıtlığı həm gündəlik məişət, həm də təsərrüfat işlərinə çətinlik yaradır.

Onların sözlərinə görə, bir müddət əvvəl yaşadıqları ərazi içməli su ilə təchiz edilib. Ancaq bu yeniliklə bağlı sevincləri çox çəkməyib.
Məsələ ilə bağlı Regional Su Meliorasiya Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Şəmkir şəhərinin Posanlı, Qaryağdı və Morul yaşayış məntəqələrində əvvəllər mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmadığından əhalinin təminatı subartezian quyuları vasitəsilə həyata keçirilib. Hazırda həmin ərazilərin Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə daimi və keyfiyyətli içməli su ilə təmin olunması ilə əlaqədar elektrik enerjisinə qənaət məqsədilə subartezian quyularının fəaliyyəti müvəqqəti dayandırılıb. Lakin vətəndaş müraciətləri nəzərə alınaraq həftədə 6 dəfə, gündə 3 saat olmaqla artezian quyularının fəaliyyəti bərpa edilib.

O da qeyd edilib ki, subartezian quyularından əsasən suvarma məqsədilə istifadə nəzərdə tutulsa da, bəzi abonentlər həmin quyulardan içməli su üçün istifadə edir və yaranmış debitor borclar uzun müddətdir ödənilmir. Eyni zamanda yay aylarında su təminatında çətinlik yarandığı təqdirdə subartezian quyularının yenidən su şəbəkəsinə qoşularaq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR