Serenay Sarıkaya: "İnsanlar mənə soyuq təsir bağışladı"

Serenay Sarıkaya: "İnsanlar mənə soyuq təsir bağışladı"
MAQAZİN
12:45 27.10.2016
12072

 

Dünən Nizami Kino Mərkəzində "İkimizin yerinə" filminin qala-gecəsindən sonra mətbuat konfransı keçirilib.

Mətbuat konfransda filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavablandırıb.

Bakıya ilk dəfə gəldiyini deyən Serenay Sarıkaya şəhəri bəyəndiyini deyib: "İlk dəfədir ki, belə izdihamla qarşılaşıram. İnsanların sevgisini hiss etmək, əlbəttə ki, gözəl duyğudur. Öz adıma deyə bilərəm ki, filmimizin Azərbaycandakı qala-gecəsinə qatıldığım üçün çox məmnunam. Təəssüf ki, Nejat İşlər işlərinin çoxluğundan dolayı gələ bilmədi. Yeri gəlmişkən, onunla tərəf-müqabili olmaq çox rahat idi".

Aktrisa filmdəki rolundan da danışıb. Sözügedən filmdə başqa qadının həyatını təkrar yaşayan aktrisa həyatda rolu qədər güclü ola bilmədiyini bildirib: "Filmdə Çiçəyin başına gələnlər çox ağır hadisələrdir. Mən onun qədər güclü ola bilməzdim. Eyni hadisə mənim başıma gəlsəydi, təxmin belə edə bilmərəm ki, nə hisslər keçirərdim. Bacımın olduğunu və onun həyatını yaşadığımı öyrəndiyim səhnələrdə çətinlik çəkdim, həm də təsirləndim. Filmdə anamın mənə qarşı olan münasibəti isə məni sevmədiyini göstərmir".

Filmdə ağrıların insanı dəyişdirdiyini və gücləndirdiyini deyən aktrisa şəxsi həyatından da söz açıb: "Şəxsi həyatımı radikal dərəcədə dəyişən hadisə yaşamamışam. Hamımızın həyatında böyük və kiçik olmasından asılı olmayaraq bizi dəyişdirən ağrılı-acılı günlərimiz olub. Və yaşadığımız hər hadisənin bizi formalaşdırdığına, böyütdüyünə inanıram. Həyata necə baxdığımız da önəmlidir. Mən həmişə yaşadıqlarımdan müsbət nəticələr çıxarmağa çalışıram. Odur ki, keçmişə baxdığımda ağrı hiss elədiyim hadisə olmayıb. Bütün hallarda məni bu səviyyəyə gətirib çıxardığı üçün həyatımda baş verən hadisələrə minnətdaram".

Serenayın anasını canlandıran Zerrin Tekindor da rolundan danışıb: "Filmlərdə hər dəfə müsbət qadın obrazındayam, bu dəfə isə rolum bir qədər fərqlidir. Filmin xoş tərəfi də bu idi. Ssenarini ilk dəfə oxuyanda və çəkilişlərdə də rolumdan çox razı qaldım. 18 yaşında bir qızını itirdiyi üçün ikinci qızına qarşı çox sərt ana rolunu oynamışam. Bu da yenidən qızını itirmək qorxusundan irəli gəlir. Bəlkə, ona da nə isə olar deyə çox narahatlıq keçirir".

Amerikada sadəcə 3 ay yaşayan Serenay oranın həyat tərzinə öyrəşə bilmədiyini vurğulayıb: "Amerikada cəmi 3 ay yaşadım. Öz vətənini çox sevən və türk insanının səmimiyyətinə çox düşkün biri olduğum üçün oranın insanları mənə bir az soyuq təsir bağışladı".

Sonda Serenay Sarıkaya ilə Zerrin Tekindor Azərbaycandan film təklifi gələrsə, böyük məmnuniyyətlə çəkilməyə razı olduqlarını ifadə ediblər.

///publika. az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA