Sergey Lavrov: ‘Çünki biz münaqişənin başqa həll yolunu görmürük’

Sergey Lavrov: ‘Çünki biz münaqişənin başqa həll yolunu görmürük’
Bütün Xəbərlər
15:29 06.12.2012
978

Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səyləri davam etdirəcəklər.

Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səyləri davam etdirəcəklər. APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Hillari Klinton Dublində ATƏT XİN Şurasının sammitində çıxışlarında deyiblər.

Sergey Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri artıracaq: “Çünki biz münaqişənin başqa həll yolunu görmürük”.

Hillari Klinton isə çıxışında qeyd edib ki, ABŞ mövcud münaqişələrin, o cümlədən Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstandakı münaqişələrin nizamlanması istiqamətində səyləri davam etdirir. 

 

OXŞAR XƏBƏRLƏR