Sevda Yahyayeva: Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir - Video

Sevda Yahyayeva: Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir - Video
MAQAZİN
15:10 24.09.2020
36002
AZXEBER.COM-un "Qonağım ol" rubrikasının qonağı tanınmış müğənni Sevda Yahyayevadır. 
 


- Tanınmış olmaq üçün Sevda illərini qurban verdi. Geriyə dönüb baxanda ən çox nədən imtina etdiniz?

- Şou-biznes çox çətin bir sahədir. Müğənni olmaq mənim uşaqlıq arzum idi. Həmişə istəyirdim ki, səhnələrdə olum. Çox şükür ki, bu arzuma çatdım. Bu yaşıma qədər ailə həyatı qurdum. Demək olar ki, ailə həyatı qurmaqdan imtina etmişdim, ancaq buna da nail oldum. İnsanlar tərəfindən sevilirəm və bu da məni xoşbəxt edir. 

- İndiki tanınmışlarla keçmişdə tanınanları müqayisə etsək, düşünürsüzmü indi tanınanlar illər sonra unudulacaq?

- Bizim vaxtımızda tanınmaq çox çətin idi. Hər dövrün öz tələbi var. Bizim dövrdə sosial media o qədər də aktiv deyildi. Mahnı oxuyub radiolara verib, efirə çıxmaq çətin idi. İndi elə bir dövrə gəlib çatmışıq ki, məşhur olmaq çox asandır. Qalıcı olmaq isə bu artıq zamanın işidir. Zaman hər kəsə layiq olduğu qiyməti verəcək. 

- İnsan müəyyən mərhələyə çatdıqdan sonra özünə müəyyən qadağalar qoyur. Bəs Sevda özü-özünə hansı qadağaları qoyub?

- Belə böyük qadağa yoxdur. Olar-olmazlarım var. Məşhur həyatı yaşamaq çox çətindir. Baxmayaraq ki, bizim həyatımız daha asan və dəbdəbəli görünür. Ancaq ən əsası çalışıb düzgün yaşamaqdır, bu da çətindir. Şəxsnə mən hər addımıma diqqət edirəm.

- Bilirik ki, imkansız, kasıb ailə də böyümüsünüz. Ailəniz sizə nə qədər dəstək olub?

- Əslində ailəm hər zaman mənə dəstək olub. Baxçada və məktəbdə tədbirlər olanda oxuyurdum. Çünki mən hər zaman tanınmış olmaq istəyirdim. Onlar da sevinirlər ki, övladları arzusuna çatıb.

- Kasıbçılıqla böyümək çətindir. Bu illərdə hansı çətinliklərlə qarşılaşdınız?

- Çox sevinirəm ki, kasıbçılığın nə olduğunu bilirəm. Çətinlik və yoxluq görmüşəm deyə şöhrət və maddiyat başımı gicəlləndirməyib.

- Çox sakit təbiətli insansınız. Ailə həyatını da elə xasiyyətiniz kimi sakit bir tərzdə qurdunuz...

- Karantin imkan verdi ki... (gülür). Karantinə görə biz də bir çox cütlüklər kimi sakit şəraitdə ailə həyatı qurduq. Hər birinə xoşbəxtlik arzu edirəm. İnşallah toylara imkan verilər və biz də hamı kimi toyumuzu edərik. Ərə getdim bu o demək deyil ki, toyum olmayacaq. Toy hər bir gəncin arzusudur.

- Hər zaman şəxsi həyatın gizlədən Sevda bu dəfə bacarmadı. Bəs bu münasibətdə hansınız daha diqqətcilsiniz?

- Biz ancaq bir-birimizi tərifləyirik. Məncə münasibətlərdə hisslər qarşılıqlı olmalıdır. Ona görə də mən çox xoşbəxtəm. Bəlkə də 80 faiz qarşı tərəf, 20 faiz məndədir. Həyat yoldaşım çox gözəl insandır. 

- Bəzən xanım ifaçılarımızın məşhur olması böyük sevgilərini bitirir. Həyat yoldaşınızın ailəsi bir ifaçı xanımı necə qarşıladı?

- İlk dəfə onlar bizə gələndə çox böyük həyəcan keçirirdim. Onun çox istiqanlı ailəsi var. İlk görüşdə mənlə elə mehriban davrandılar ki, elə bil 40 ildir ki, bir-birimizi tanıyırıq. Özümü heç vaxt yad hiss etmədim. Ailəsi məni çox sevdi, mən də onları.
 
- Sevda həyat yoldaşının hansı xasiyyətinə heyran qalır?

- Mən onun xasiyyətinə heyranam. Çox mədəni, alicənəb və hörmətcildir. Hər bir addımında və kəliməsində mənə xanımlığımı hiss etidirir".

- Bir sual da var ki, hər kəsə maraqlıdır: Sevda nə vaxt ana olacaq?

- İnşalah nə vaxt qismət olarsa onda. Mən özüm də hələ bilmirəm.

- Karantin günlərində evdəsiniz. Evdarlığı bacarırsınız?

- Bacarıram. Hər bir şeyi də özüm edirəm. Bişirirəm, yuyuram, ütülüyürəm. Nə qədər vaxtım var hər şeyi özüm edirəm.

- Karantindən söz düşmüşkən... Xalq artisti Faiq Ağayaev açıqlamasında dedi ki, "karantin dönəmində məni tədbirə çağırdılar amma qayadalara əməl edib, gedmədim". Bəs bu hal sizdə oldu?

- Bəli, bizdə də belə bir hal oldu. Hətta məbləğ belə yüksək idi. Ancaq mən getmədim. İlk öncə sağlamlığım daha sonra qaydalara görə imtina etdim.

Nazim Qasımzadə,
Video: Rufat Hüseyn
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail şirkəti Bundestaqı süni intellekt vasitəsilə dronlardan qorumağı təklif edib
23:45 10.11.2026
İsrail şirkəti Bundestaqı süni intellekt vasitəsilə dronlardan qorumağı təklif edib
Yaraqlılar tərəfindən öldürülən 40 nəfərin meyiti aşkarlanıb
23:33 10.11.2026
Yaraqlılar tərəfindən öldürülən 40 nəfərin meyiti aşkarlanıb
Tehrandan Qətər görüşü ilə bağlı təkzib: "Yalandır, heç bir danışıq aparmırıq"
23:23 10.11.2026
Tehrandan Qətər görüşü ilə bağlı təkzib: "Yalandır, heç bir danışıq aparmırıq"
Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
23:15 10.11.2026
Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib
23:01 10.11.2026
BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib
Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər
22:50 10.11.2026
Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər
Məsələ heç də İranla bağlı deyil - Vens
22:38 10.11.2026
Məsələ heç də İranla bağlı deyil - Vens
Gürcüstan və Özbəkistan prezidentləri Orta Dəhlizin inkişafını müzakirə ediblər
22:29 10.11.2026
Gürcüstan və Özbəkistan prezidentləri Orta Dəhlizin inkişafını müzakirə ediblər
Sibiqa: Ukrayna Qara dənizdə və enerji sektorunda Rusiyaya atəşkəs təklif edib
22:23 10.11.2026
Sibiqa: Ukrayna Qara dənizdə və enerji sektorunda Rusiyaya atəşkəs təklif edib
Qubada ağır qəzada ölən gəncin fotosu
22:13 10.11.2026
Qubada ağır qəzada ölən gəncin fotosu
İnfantino Trampla əlaqələrinə görə ifadə verməyə çağırıla bilər
22:06 10.11.2026
İnfantino Trampla əlaqələrinə görə ifadə verməyə çağırıla bilər
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent"in qiymət proqnozunu artırıb
21:56 10.11.2026
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent"in qiymət proqnozunu artırıb
ESM: Britaniyalılar müharibə ehtimalına görə ərzaq alışını artırıblar
21:51 10.11.2026
ESM: Britaniyalılar müharibə ehtimalına görə ərzaq alışını artırıblar
Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
21:42 10.11.2026
Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
Ukrayna Polşaya antidron texnologiyaları verəcək
21:39 10.11.2026
Ukrayna Polşaya antidron texnologiyaları verəcək
Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu
21:28 10.11.2026
Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu