'Sevdiyim qadın' romanı Şimali Kiprdə təqdim olunacaq

MƏDƏNİYYƏT
02:23 11.12.2012
1471
Pamukkale Universitetində elmi konfransda çıxış edəcək alim və yazar Əhməd Şahidov daha sonra Şimali Kiprdə təşkil olunacaq silsilə tədbirlərdə iştirak edəcək.Ötən ay dərc edilən “Sevdiyim qadın” romanı ilə yenidən geniş ictimaiyyətin diqqət mərkəzinə düşən alim və yazar Əhməd Şahidov Dekabrın 18-də Türkiyəyə yola düşəcək. 19-22 Dekabr tarixlərində Türkiyənin Pamukkale Universitetində keçiriləcək “V Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu”nda çıxış edəcək Əhməd Şahidov “Azəri Türkcəsi və Ortaq Türk Dili” barədə danışacaq. Daha sonra Şimali Kiprə səfər edəcəyini bildirən alim, şair və yazar Əhməd Şahidov müxbirimizlə söhbətində bildirdi ki, Dekabr ayının ikinci yarısı tamamilə səfərlərdə keçəcək: “Dekabrın 18-də Türkiyəyə gedirəm, Pamukkale Universitetində təşkil olunan beynəlxalq elmi konfransda çıxışım var, daha sonra Ankaraya gedəcəm, orada TRT AVAZ kanalında canlı yayımda qonaq qismində iştirak edəcəm. Ankaradan isə birbaşa Şimali Kipr Türk Cümhuriyyətinə uçacam. Şimali Kiprdə isə silsilə tədbir və görüşlərdə iştirakım gözlənilir. Əvvəla, Dekabrın 27-də Azərbaycan-Kipr Dostluq Cəmiyyəti və Kipr Ədəbiyyatçılar Fondunun ortaq təşkilatçılığı ilə keçirilən Azərbaycan ədəbiyyatı günləri çərçivəsində “Sevdiyim qadın” romanımın təqdimatı və müzakirəsi keçiriləcək. Dekabrın 28-də isə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Azərbaycan – keçmişdən gələcəyə” adlı beynəlxalq konfransda çıxış edəcəm.”Azərbaycan-Kibr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun dəvəti ilə Şimali Kiprə səfər edəcəyini bildirən Əhməd Şahidov bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə və ŞKTC təmsilçiləriylə də görüşlərinin nəzərdə tutulduğunu bildirdi. Filologiya üzrə fəlsəfə doktoru olan Əhməd Şahidov yazıları, şeirləri və nəsr əsərləri ilə tanınır, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsində təhsil alır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir