Hörmətli səhmdar!
"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən, "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 28 sentyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılan Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı (bundan sonra – ümumi yığıncaq) təxirə salınmışdır.
Ümumi yığıncağın yeni tarixi barədə məlumat mediada elan olunacaqdır.











































