Sevgilimə ilk hədiyyə

Sevgilimə ilk hədiyyə
KÖŞƏ
21:29 08.12.2011
3678

Salam əziz dostum . Bu gün də sənin görüşünə gəldim . Bugün başqalarından deyil səndən danışacam. Səninlə danışacam. İnaniram ki, danışacağım hər sözü anlamağa calışacaqsan. Ümüdvaram sən də bu gün danışacaqsan. Danmaram danışacağın hər bir sözü . Danmaram. Danmıram səninlə keçirdiyim 10 illik uzun yolu. Danmıram. Səninlə dərdlərimi bölüşdüyüm günləri danmıram. Soyuq qış günündə küçələrdə qəlbimi alovlandırdığın günləri danmıram.

Ən çətin anlarımda göz yaşlarimi sən qurutdun. Ən əsəbi gərgin vaxtlarımda mənə bir anlıq "Hər şey əladır" dedin. Sən mənə təsəlli oldun, mən səndə təsəlli tapdim. Ən xoşbəxt anlarımda sevincimi səninlə birgə böldüm. Yaxın bildiyim insanlar məni tərk etdiyi zaman sənin sadiq dost olduğunu anladım. Anladım ki, səndən başqa heç kəsə fikrimi, sirlərimi aça bilmərəm. Odur ki susma ! Bir azda sən danış . Danış mənim həyatımdan …

Yeganə dostumsan ki bütün həyatımı əzbər bilirsən. Yeganə dostumsan ki, mən səni sevdiyim qədər sən də məni sevirsən. Uşaqlıq illərində oyuncaqlar deyil, sən yanımda oldun. Uşaqlıq illərimin ən şirin xatirəsi sənsən. Son zəng həyacanını birgə bölüşdük. Universitetə qəbul olduğum günü ilk təbriki sən etdin mənə. Borcluyam sənə ! Amma bu gün sənə deyəcəyim ürəyimdə vacib və önəmli bir neçə söz var. Düzü həm utanıram, həm də mənə qəzəbin tutar deyə çox qorxuram.

Bilmirəm sənə necə deyim . Bağışla məni … Bu gün bizim son görüşümüzdür. Bu gün bizim yollarımız ayrılır . Bağışla … Mən sənin kimi sadiq dost ola bilmədim . Yox ! Yox , ağlından belə xəyanət keçirmə. Sadəcə olaraq dediyim sözləri başa düsməyə çalış. Bir neçə ildən sonra mən tam dəyişdim. Səninlə birgə.

Amma artıq bu gün sevgilim var! Xatırlayarsan, bu sevgi yolunda sən mənə dayaq oldun . Mən onu çox sevirəm . Artıq mənim üçün həyat sevgilimdən ibarətdir . O yanımda varkən ölüm belə mənim üçün qorxulu deyil . Özümü əbədi sevgiyə məhkum etmişəm. Sevgi zindanında adi bir qulam . Bir neçə gün əvvəl vacib seçim arasında qaldım . Bu seçim qorxulu yuxudan belə həyacanlı inanilmaz dərəcədə dəhsətli idi. Gözləmədiyim zamanda sevgilimin dediyi bir cümlə məni fikirləşməyə məcbur etdi . Sevgilim : “ Həyatında ya mən olacam, ya o sadiq dostun “ .

Bilirəm bu an bu sualı verəcəksən mənə : “Kimi seçdin əziz dostum? “. İnan ki bu barədə çox düsündüm. Bağışla … Bağışla məni … Mən sevgilimi seçdim. İnanki sən məndən daha yaxsi dostlara layiqsən . Mənsə dostluqda polad ola bilmədim .Mənim hisslərimi sevgi əydi .Mən həyatimi sevgilimə bağladim . Amma men gözləmədiyim zamanda səni tərk etməyi belə düsünmürdüm . Səndə məni başa düşki , sevgidə dostluğa yer yoxdu . Artiq mənim dostumda , yoldaşimda , sevgilimdi . Cox qəribədi bugün ayriliriq . Qorxma ! Mən səni tərk etsəmdə , sən yaddasima həkk olmusan . Səndən hörmətlə ayrılıram. Əziz dostum siqaretim ….

Ayaz Məmmədov ( Dassen )

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub