Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi - FOTOLAR

Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi - FOTOLAR
İQTİSADİYYAT
10:27 17.01.2020
7065
Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindən olan "Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edib.
 
AZXEBER.COM xəbər verir ki, müxtəlif media qurumları və Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının üzvləri üçün Bakı Qida və Yağ Fabrikinə tur təşkil edilib. Qonaqları qarşılayan müəssisənin rəhbəri Şahəddin İbrahimov fabrikin 1997-ci ildən fəaliyyət göstərdiyini və 2014-cü ildə Sumqayıtda yerləşən "Azərsun Sənaye Parkı”na köçürüldüyünü bildirdi.
 
Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin iştirak etdiyi istehsal müəssisəsi tam avtomatlaşdırılmış və müasir avadanlıqlarla təmin edilib. İllik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsi Avropanın ən müasir fabriklərindəndir. Bakı Qida və Yağ Fabriki ilə tanışlıq çərçivəsində "Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi Tural Babayev burada keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təyin edildiyini bildirib və İSO sertifikatının tələblərinə cavab verdiyini söyləyib.Rafinasiya sahəsini ziyarət edən qonaqlar burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar.
 
Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə və kulinarlara buradakı müasir avadanlıqlar və yaradılmış şəraitlə tanış oldular və onlara gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumat verildi. Daha sonra qonaqlar "Final”, "Zeytun bağları” kimi istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan duru yağların istehsal edildiyi sahə ilə tanış olublar.
 
Jurnalistlərə və kulinarlara "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın keyfiyyətə və texnoloji yeniliklərin tətbiqinə xüsusi həssaslıqla və tələbkarlıqla yanaşdığı bildirilib və bu sahədə də digərlərində olduğu kimi müasir avadanlıqlardan istifadə edildiyi qeyd edilib. "Zeytun bağları” barədə məlumat verilərkən bu yağın Abşeron rayonu ərazisindən toplanılan zeytundan emal edildiyi vurğulanıb.
 
Ziyarət çərçivəsində son illərin ən sevilən markalarından olan kərə ətirli "Möcüzə” yağının da istehsal prosesi nümayiş etdirilib.
 
Bakı Qida və Yağ Fabriki ziyarəti çərçivəsində qonaqlara "Bizim Süfrə” mayonezlərinin və ketçuplarının da istehsal prosesi nümayiş etdirilərək bu yerli markaların tərkibinə heç bir qatqı maddəsinin əlavə edilmədiyi bildirilib . Həmçinin burada istehsal olunan ketçupların istehsal edilməsində təbii yerli pomidorlardan istehsal edildiyi qeyd edilib.
 
Bundan əlavə məhsullar azərbaycanlıların ağız dadına uyğunlaşdırılaraq istehsal edilir ki, bu səbəbdən istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Gəzinti çərçivəsində xama dadlı mayonezin istehsalı da böyük qonaqların marağına səbəb oldu.

Qeyd edək ki, "Azərbaycan Respublikası regionların sosial-iqtisadi İnkişafına” dair Dövlət Proqramına bu istehsal müəssisəsində yüzlərlə insan işlə təmin edilib ki, bununla da "Azərsun Holdinq” ölkəmizdə işsizliyin aradan qaldırılması və insanların sosial-rifah halının yüksəldilməsinə öz töhfəsini vermiş olur.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
12:57 16.05.2025
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
12:53 16.05.2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
12:49 16.05.2025
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
12:42 16.05.2025
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
12:32 16.05.2025
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
Kursantlara bir sıra normalar tətbiq ediləcək
12:28 16.05.2025
Kursantlara bir sıra normalar tətbiq ediləcək
Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama
12:27 16.05.2025
Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama
Prezident Tiranada Antonio Koşta və fon der Lyayen ilə görüşdü
12:25 16.05.2025
Prezident Tiranada Antonio Koşta və fon der Lyayen ilə görüşdü
Tramp: İlk fürsətdə Putinlə görüşəcəyəm
12:21 16.05.2025
Tramp: İlk fürsətdə Putinlə görüşəcəyəm
Heyli Bolduini Castin Biberdən boşanır
12:13 16.05.2025
Heyli Bolduini Castin Biberdən boşanır
AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
12:08 16.05.2025
AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət
12:04 16.05.2025
Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət
Gəncənin deputatı Elgün haqda danışdı: “Cinayətkar cəzasız qalmayacaq”
11:58 16.05.2025
Gəncənin deputatı Elgün haqda danışdı: “Cinayətkar cəzasız qalmayacaq”
38 yaşlı sabiq məmur həbsxanada öldü
11:45 16.05.2025
38 yaşlı sabiq məmur həbsxanada öldü
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr - SİYAHI
11:43 16.05.2025
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr - SİYAHI
İradə və Hikmət Elgün üçün çağırış etdi
11:42 16.05.2025
İradə və Hikmət Elgün üçün çağırış etdi