“Səyyar Gənclər Xidməti” 13000-dən çox gənci əhatə edib

GƏNCLİK
21:16 18.11.2021
179
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə "Gənc Könüllülər” İctimai Birliyi tərəfindən həyata keçirilən, "İmkanlar Sənə Doğru!” devizi ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan "Səyyar Gənclər Xidməti” ölkəmizin qərb bölgəsində fəaliyyətini davam etdirir.

Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının artırılmasından ibarətdir. Bununla yanaşı, layihə çərçivəsində gənclərlə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun qazandığı tarixi qələbə və Vətən müharibəsi qəhrəmanları barədə söhbətlər aparılır.

"Səyyar Gənclər Xidməti” layihəsi gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişlənməsinə töhfə verməyə yönəlib. Bu kontekstdə səfər edilən rayonlarda gənclərin maraqlarını əhatə edən mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda təlimlər keçirilir.

Layihənin xüsusi brendləşdirilmiş avtobusunun ucqar kəndlərə səfərləri çərçivəsində müxtəlif dövlət qurumları tərəfindən gənclərlə bağlı həyata keçirilən proqramlar üzrə təqdimatlar keçirilir, gənclərin həmin proqramlara cəlb olunması təşviq edilir.

Layihə çərçivəsində son 4 ayda Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonlarının 68 kəndində yaşayan 13 mindən çox gəncə xidmət göstərilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR