Şimali Koreya Yapon dənizinə ballistik raket atdı

Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
DÜNYA
23:02 14.01.2022
451
Şimali Koreya Yapon dənizi akvatoriyası istiqamətinə raket atıb.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Qeyd olunur ki, KXDR tərəfindən buraxılan raketin ballistik olma ehtimalı yüksəkdir.

Oxşar fərziyyə Yaponiya Nazirlər Kabineti və Yaponiya Müdafiə Nazirliyi tərəfindən də irəli sürülüb.

Bildirilir ki, Yaponiya Sahil Mühafizəsi Xidməti hazırda raketin düşdüyü yeri dəqiq müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, bu, Pxenyanın bu il üçüncü raket buraxılışıdır.
OXŞAR XƏBƏRLƏR