Sirkdə ayı təlimçiyə hücum çəkdi

DÜNYA
15:58 11.12.2012
1438

Moskva truppasının sirk ayısı Bişkekdə məşq zamanı təlimçinin üstünə hücum edib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Svetlana Baytikova məlumat verib.“Zərərçəkən xəstəxanaya çatdırılıb. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir” - deyə o bildirib.Hadisə Moskva truppasının günorta məşq proqramı zamanı baş verib. Şahidlərin sözlərinə görə, iki ayı arenada bir-biri ilə dalaşıb, təlimçi isə onları ayırmağa çalışıb və nəticədə davanın qurbanı olub.

OXŞAR XƏBƏRLƏR