"Sizi dünyalar qədər sevirdim” filmi nümayiş edildi

GƏNCLİK
18:51 17.01.2011
2386

 Tədbir iştirakçılarını salamlayan ATGTİ-nin sədri Şahin İsmayilov qeyd etdi ki, “Artıq İttifaq milli kinolarımızın nümayişini bir ənənəyə çevirib. Bizim məqsədimiz, Azərbaycan milli kinolarını, onların tarixini və məşhur aktyorlarını tələbələrə daha yaxından tanıtmaqdır”. Daha sonra söz Xalq artisti R.Novruzova verildi. O öz növbəsində ATGTİ-nin sədri Ş.ismayilova və tədbirə gəlmiş tələbələrə təşəkkür etdi. “Mən fəxr edirəm ki, bu gün burada sizin yanınızdayam. Fəxr edirəm ki, gənclərimiz milli kinolarımızı unutmurlar.” Sonra qonaq tələbələrə “Sizi dünyalar qədər sevirdim” filmi haqda məlumat verdi. Filmin aktyor heyəti, öz obrazının məsuliyyəti və tarixi mahiyyəti, pərdəarxası məqamlar haqqında söz açdı və qeyd etdi ki, filmin əsas çəkiliş məkanı Belarus Respublikası olmuşdur. Sonda “Cavan bir Azərbaycanlı generalı obrazı bütün SSRİ-ni fəth etdi” deyə R.Novruzov çıxışını bitirdi.

Tədbirin davamında “Sizi dünyalar qədər sevirdim” filmi nümayiş edildi. Nümayişdən sonra Xalq artisti Ramiz Novruzov tələbələrin çox saylı suallarını cavablandırdı.
Sonda tələbələr Ramiz Novruzovla xatirə şəkli çəkdirdilər.

Qeyd edək ki, ATGTİ-nin “Milli Kinolarımızı Unutmayaq” layihəsi 2010-cu il 23 noyabr tarixindən həyata keçirilir. 

OXŞAR XƏBƏRLƏR