"SOCAR işçilərinin evdən işləməsi kütləvi hal almayıb" - AÇIQLAMA

"SOCAR işçilərinin evdən işləməsi kütləvi hal almayıb" - AÇIQLAMA
İQTİSADİYYAT
13:15 05.03.2020
3108
SOCAR işçilərinin evdən işləməsi kütləvi hal almayıb və bu onların məzuniyyətə buraxılması demək deyil.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, "SOCAR Tower"də işçilər açıq ofis - ümumi koridor (open plan office) prinsipi ilə çalışdığından qabaqlayıcı tədbirlər görülür: "İnsanların qapalı şəraitdə çoxlu sayda toplanmaması və yoluxma riskinin azaldılması məqsədi ilə toplantılar, təlimlər, görüşlər, riskli yerlərə ezamiyyətlər məhdudlaşdırılıb.

Eyni zamanda, işçilərimiz binaya həkim nəzarəti altında daxil olurlar. Həkimlər teplovizorlu hərarəti ölçən cihazla təmin olunublar. Burnu axan, hərarəti olan və ya riskli yerlərdən ezamiyyətdən qayıdan işçilərin evdən işləməsinə icazə verilmişdir. Onların evdən işləməsinə nəzarət birbaşa xətti rəhbərlərinə tapşırılmışdır. Yəni məsafədən də olsa, onlar əsas funksiyalarını və səmərəlilik göstəricilərini yerinə yetirməlidirlər. Bu dünyada qəbul olunmuş təcrübədir. İşçilər kompüter vasitəsilə evdən işləyə bilir və öhdələrinə düşən funksiyaları icra edirlər. Biz də elektron sənəd dövriyyəsi sisteminin şirkətimizdə tam tətbiq olunduğunu nəzərə alaraq, ilk dəfə olaraq, lazım olduğu təqdirdə işçilərimizin bir qismi üçün bu imkanı yaratmışıq. Amma bugünkü məlumata görə, işçilərin hamısı iş yerlərindədir, çünki heç kim qaytarılmayıb”.

SOCAR rəsmisi bildirib ki, beləliklə, şirkət işini normal rejimdə davam etdirir: "Bu tədbirlərin təsirindən istehsal göstəricilərində hər hansı dəyişkənlik gözlənilmir.”

Qeyd edək ki, SOCAR ilk dəfə Çində yayılmış koronavirus (SARS CoV - 2) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə beynəlxalq təcrübə əsasında qabaqlayıcı tədbirlər görməyə başladığı barədə martın 3-də məlumat yaymışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentlə birinci xanımın şərəfinə ziyafət verildi
11:28 31.07.2026
Prezidentlə birinci xanımın şərəfinə ziyafət verildi
Dövlətlər bir məhbus üçün nə qədər pul xərcləyir? – Maraqlı rəqəmlər
11:25 31.07.2026
Dövlətlər bir məhbus üçün nə qədər pul xərcləyir? – Maraqlı rəqəmlər
Həftə sonu bürcləri nələr gözləyir? - Hansı bürclər varlanacaq?
11:24 31.07.2026
Həftə sonu bürcləri nələr gözləyir? - Hansı bürclər varlanacaq?
Azərbaycanda oğul atasını bıçaqladı
11:15 31.07.2026
Azərbaycanda oğul atasını bıçaqladı
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
11:06 31.07.2026
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
10:56 31.07.2026
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi