​SOCAR vahid geyim forması ilə bağlı məsələyə aydınlıq gətirib

​SOCAR vahid geyim forması ilə bağlı məsələyə aydınlıq gətirib
İQTİSADİYYAT
16:47 13.08.2015
1901

"Avqustun 1-dən SOCAR-da “Korporativ geyim forması standartı”nın tətbiqinə başlanılıb. Söhbət SOCAR-ın baş ofisində və şirkətin struktur bölmələrinin idarəetmə aparatlarında çalışan əməkdaşların geyim qaydalarından gedir". Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, geyim qaydalarının (dress-kod) müəyyən edilməsi müasir dövrdə şirkətlərin korporativ mədəniyyətinin mühüm tərkib hissəsidir:

"Aydın məsələdir ki, hər həyat tərzinin özünə uyğun geyim forması olur. İnsan gəzintiyə çıxanda bir cür, toya, qonaqlığa gedəndə başqa cür, teatrda, kinoda bir, konfrans və seminarlarda isə tamam başqa şəkildə geyinməlidir. İş şəraitinə, korporativ qaydalara uyğun olaraq şirkətlərdə də idarəetmə aparatının əməkdaşları üçün iş geyimi forması bu baxımdan tətbiq olunur. İş yerində şərait də, interyer də, bir sözlə hər şey işgüzar atmosferin yaradılmasına xidmət etməlidir. Əməkdaşların geyimi də eləcə BP, TOTAL, Statoil, SAP, Lukoil, Qazprom kimi şirkətlərdə korporativ geyim standartları çoxdan qüvvədədir və onu da deyim ki, onların qaydaları bizimkindən çox-çox sərtdir”.

N.Quliyev avqustun 1-dən qüvvəyə minmiş standartın tətbiqi ilə əlaqədar SOCAR-ın bəzi idarə və müəssisələrində sualların, bəzi əməkdaşlarda isə yanlış təsəvvürlərin yarandığını bildirdi və bu məsələlərə aydınlıq gətirdi:

“Təəssüf ki, bəziləri müvafiq əmrin müddəalarını düzgün şərh edə bilmirlər. Yeni standartın uniforma (işçi geyimi) geyinən əməkdaşlara aidiyyəti yoxdur. Yəni, bu qaydalar istehsalat sahələrində, sexlərdə, dəniz özüllərində, inzibati binalardan kənarda işləyən əməkdaşlara, yaxud istehsalat məsələləri ilə bağlı ezamiyyətdə olanlara aid deyil. Yalnız Baş ofisdə, strukturların idarəetmə aparatlarında çalışan, yaxud oraya dəvət edilən (göndərilən) işçilərə tətbiq edilir".

SOCAR rəsmisi deyib ki, Zavodlarda, neft-qazçıxarma idarələrində və digər idarələrdə işləyənlər əvvəlki uniformalarını geyinəcəklər:

"Zavodlarda, neft-qazçıxarma idarələrində, mədənlərdə, özüllərdə işləyənlər isə yenə də əvvəlki kimi uniforma geyinəcəklər. Uniforma istehsalat sahələrində təhlükəsizlik sisteminin mühüm elementidir və istehsalatda çalışan hər bir işçinin iş vaxtında uniforma geyməsi vacib şərt olaraq qalır. Bunları qarışdırmaq lazım deyil. SOCAR-ın geyim standartı bilavasitə istehsalatda çalışmayan idarəetmə aparatı işçiləri üçün nəzərdə tutulub”.

N.Quliyev, standartla və ona əlavə edilən təsvirlərlə tanış olan istənilən şəxsin orada işçilərə hər hansı bir qeyri-adi tələb qoyulmadığını görə biləcəyini açıqlayıb:

“Normal, mədəni geyim tərzinə malik hər bir şəxs üçün adi qaydalardır. Qeyri-adi heç nə yoxdur. Baş ofisin və idarə, müəssisələrin idarəetmə aparatlarının işçiləri rəsmi yerlərdə çalışdıqlarını bilirlər və geyimlərinə diqqət yetirməlidirlər. SOCAR bu gün beynəlxalq miqyasda nüfuz və etimad qazanmış bir dövlət şirkətidir və onlar da bir məmur olaraq işə SOCAR-ın korporativ geyim qaydalarına uyğun geyinib gəlməlidirlər. İş yeri yeni dəbli paltarların nümayiş etdirilməsi üçün deyil, işləmək üçündür. Burada hər şey normal iş şəraitinə uyğunlaşmalıdır. Toy, ziyafət paltarlarını qoy toyda, ziyafətdə də sağlıqla geyinsinlər. Zər-zibalı, al-əlvan, parıltılı libaslarını işdən sonra geyinib gəzsinlər. Kim nə deyə bilər ki? İşə bu cür gəlmək isə nəinki korporativ, heç etik baxımdan da düzgün deyil. Dress-kod hamımızın bildiyi və çoxlarımızın əməl etdiyi adi geyim qaydalarının rəsmiləşdirilməsidir. İndiyə qədər SOCAR-ın onlarla standartı uğurla tətbiq olunub. Əminəm ki, korporativ geyim forması standartına da layiqincə əməl olunacaqdır”, deyə SOCAR-ın sözçüsü əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
16:14 05.08.2026
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
16:09 05.08.2026
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat