"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"

"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"
SİYASƏT
18:00 20.09.2020
655
"Bu gün Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirən, davamlı inkişafın  təminatçısına çevrilən "Əsrin müqaviləsi”nin imzalanmasından 26 il ötür. Məhz 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə  "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı bir daha dünyaya  sabitlik diyarı,  böyük biznes imkanlarına malik ölkə kimi təqdim etdi.

Ümumiyyətlə, son  26 ildə  "Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı” sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni  neft strategiyası hələ  bundan yüz illər sonra da Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq, yeni-yeni layihələrə yol açmaqla ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı imicə dəyərli əlavələr edəcək. ”

 Bu fikirləri AZXEBER.COM-a açıqlamasında  YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə "Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü ilə bağlı KİV-ə açıqlamasında  bildirib.

V.Rəhimzadə diqqəti "Əsrin müqaviləsi”nin 26 illiyi ərəfəsində  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda  "Abşeron” yatagının dəniz əməliyyatlarının   təməlqoyma mərasiminə, eyni zamanda, möhtərəm Prezidentimiz İlham Əliyevin bu mərasim çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsinə yönəldərək bildirib ki, dövlətimizin başçısının da vurğuladığı kimi, "Abşeron”, bir ay bundan əvvəl isə "Qarabağ” və digər layihələrin icrası istiqamətində atılan addımlar bundan sonra da Azərbaycan iqtisadiyyatının tərəqqisində  neft-qaz amilinin önəmli rolunu təsdiqləyir: "Möhtərəm Prezidentimiz  bu fikri xüsusi qeyd edir ki,  neft bizim üçün məqsəd deyil,  daha yaxşı həyat yaratmaq, ölkə qurmaq  üçün  vasitədir. 2003-cü ildən başlayaraq  "qara qızıl”ın insan kapitalına çevrilməsi tezisi irəli sürülərək bu istiqamətdə əldə olunan uğurlar da deyilənlərin təsdiqidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  1999-cu ildə  Dövlət Neft Fondunun yaradılmasında da əsas məqsəd neft gəlirlərinin istifadəsində şəffaflığın qorunması, ədalət prinsipinə üstünlük verilməsidir.  Fondun maliyyələşdirdiyi istiqamətlərə diqqət yetirdikdə görürük ki, ölkənin hərtərəfli inkişafı əsas hədəfdir.”

"Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi”nin rolu böyükdür” söyləyən V.Rəhimzadə qeyd edib ki, yaxın zamanlarda  Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünü qeyd edəcəyik: "Möhtərəm Prezidentimiz İlham Əliyev uğurlara baxış fonunda ortaya çıxan "Hələ 30 il tamam olmayıb, amma biz hansı işləri görürük” sualına cavab olaraq bildirdiyi kimi, Azərbaycan nefti tam şəkildə  xalqın maraqlarına xidmət edir.
 
Azərbaycan  bütün beynəlxalq reytinqlərdə ən qabaqcıl yerlərdədir. Əməkdaşlıq əlaqələrini regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf etdirən Azərbaycan bu gün bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın  istifadəyə verilməsi, cari ilin sonuna qədər layihənin digər tərkib hissəsi olan TAP-ın  istifadəyə verilməsinin nəzərdə tutulması da deyilənləri bir daha sübut edir.  2017-ci ildə Ulu Öndərin müəllifi olduğu "Əsrin müqaviləsi”nin icra müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan "Yeni əsrin müqaviləsi”nin imzalanması bir daha  Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu artırır. Bu gün Azərbaycanda uğurlu neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı sürətləndirilir,  infrastruktur layihələri həyata keçirilir, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritet məsələ kimi öndə saxlanılır. Bu gün  Azərbaycan  infrastruktur layihələrinin icrasına verilən dəyərə görə  dünyada qabaqcıl  yerdədir.  Davos Dünya İqtisadi Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində  Azərbaycanı 11-12-ci  yerlərə layiq görüb. Ölkəmiz  yol infrastrukturunun  keyfiyyətinə görə  dünyada  27-ci yerdədir. Bir sözlə, "Əsrin müqaviləsi” Azərbaycana bütün sahələrdə uğurlar qazandırıb və  hazırda bunların əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirilir.
 
Azərbaycanı  inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan  müsahibəsində  bu mühüm məqamı xüsusi qeyd etmişdir: "Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin  sahibiyik. Bizim təbii resurslarımız  xalqımızın maraqlarına xidmət edir.” Azərbaycan neftinin 2006-cı ildə, 28 May-Respublika Günündə Ceyhan terminalına çatması da  oz rəmzi mənası ilə diqqət çəkmişdi. Bu mühüm hadisə bir daha dövlət müstəqilliyimizin möhkəmləndirilməsində "Əsrin müqaviləsi”nin rolunu   dünyaya təqdim etdi.”

V.Rəhimzadə neft strategiyasının uğurla həyata keçirilməsində SOCAR-ın, onun tərkibində vahid məqsəd uğrunda fədakarlıqla çalışan  çoxminli neftçi ailəsinin əməyini xüsusi vurğulayıb: "Möhtərəm Prezidentimiz İlham Əliyev bütün çıxışlarında, müsahibələrində ölkəmizin enerji sektorunda qazandığı uğurlarda SOCAR-ın, o cümlədən qəhrəman neftçilərimizin xidmətlərindən geniş bəhs edir.  Dövlətimizin başçısı Heydər Əliyev adına  Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının  təməlqoyma mərasimi çərçivəsində  Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində də bildirmişdir ki, neftcilərin əməyi  əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında  neftçilərin çox böyük rolu vardır: "Çox şadam ki,  mənim də həyatımın  9 ili  Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim  təcrübə mənim üçün  cox qiymətlidir və çox gozəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər  bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm.”

 Vüqar Rəhimzadə qeyd edib ki,  yeni neft strategiyasının əsas icraçılarından olan SOCAR bu gün dünya miqyasında  modern beynəlxalq şirkətə çevrilib. Hazırda SOCAR Türkiyə, Gürcüstan, Ukrayna və digər xarici ölkələrdə böyük investisiya layihələri həyata keçirir. Şirkət ölkəmizdə zəngin neft-qaz ehtiyatlarına malik yataqların xarici tərəfdaşlarla birgə işlənməsini həyata keçirərək ixrac imkanlarımızı daha da genişləndirir. SOCAR-ın malik olduğu imkanlar ona hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa  stimul verir. Ən əsası, qurumda  yüksək ixtisaslı kadrların önə çəkilməsi  müasir dövrün tələbləri ilə tam uzlaşır, yeni-yeni hədəflərə yol açır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
20:19 12.10.2026
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20:15 12.10.2026
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
20:06 12.10.2026
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
20:00 12.10.2026
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
19:35 12.10.2026
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
19:22 12.10.2026
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
18:59 12.10.2026
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz
18:47 12.10.2026
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz