Son dəqiqə! Bakının mərkəzində dəhşətli qəza - FOTOLAR

Son dəqiqə! Bakının mərkəzində dəhşətli qəza - FOTOLAR
Bütün Xəbərlər
02:33 29.12.2012
7560

Bakının “Neftçilər” prospektində gecə saatlarında dəhşətli qəza baş verib.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, “Neftçilər” prospektindən “Azneft” dairəsi istiqamətində hərəkət edən “Hunday Tucson” markalı minik avtomobili qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində “Hunday Tucson” markalı minik avtomobilinin sürücüsü vəfat edib.

Qəzanın səbəbkarı və qəza nəticəsində həlak olan şəxsin kimliyi hələlik məlum deyil.

AZXEBER.COM portalı hadisə yerindən çəkilmiş fotoları təqdim edir. 

OXŞAR XƏBƏRLƏR