xari

Sosial şəbəkədə o videonu yayan şəxs saxlanıldı: DİN və Baş Prokurorluqdan açıqlama

SOSİAL
19:40 08.11.2019
16580

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.

AZXEBER.COM-un məlumatına görə, DİN və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, cari il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:07 16.01.2021

Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

21:50 16.01.2021

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

21:27 16.01.2021

Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı

20:33 16.01.2021

Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

20:18 16.01.2021

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

20:00 16.01.2021

Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır

19:08 16.01.2021

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

18:59 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

18:41 16.01.2021

Dövlət Baxçalı: “Uyğun görülsə, Şuşada məktəb açmaq istəyirik”

18:02 16.01.2021

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

17:51 16.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:27 16.01.2021

Küçədə yaşayan 25 yaşlı Orxanın həyatı hər kəsi kövrəltdi - VİDEO

17:16 16.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

17:03 16.01.2021

40 yaşlı qadın su kanalında batdı

16:36 16.01.2021

Vüqar Rəhimzadə: Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq

16:11 16.01.2021

Paşinyanın oğlu da Moskvaya qaçdı - VİDEO