“Space FM”ə direktor təyin edilən “DJ Çina”dan ilk - AÇIQLAMA

“Space FM”ə direktor təyin edilən “DJ Çina”dan ilk - AÇIQLAMA
ÖZƏL
11:57 19.05.2026
744
 
Xəbər verdiyimiz kimi, "DJ Çina” ləqəbi ilə tanınan Çingiz Mustafayev "Space FM”ə direktor təyin olunub.
 
Aparıcı AZXEBER.COM-a açıqlamasında xəbəri təsdiq edib.
 
Yeniliklər barədə eksklüziv açıqlamalar verən məşhur DJ həm də "Space FM”də veriliş aparacağını bildirib:
 
"Biz artıq işə başlamışıq, islahatlarımızı həyata keçiririk. Bizim "Qulaq as" adlı musiqi şirkətimiz var. Radio olaraq da onunla əməkdaşlığımız davam edəcək. 

O qeyd edib ki, dünya ulduzlarını Bakıya dəvət edəcəklər:

"Yaxın zamanlarda "Space" radiosunun təşkilatçılığı ilə dünya ulduzları David Vandetta, Bob Sinclar kimi məşhurların Bakıda konsertləri təşkil olunacaq. Onu da deyim ki, dünya DJ-lərinin radiomuzda canlı çıxışları da nəzərdə tutulub, mütləq ki, onlar radiomuzun qonağı olacaq".
 
"Space FM”də veriliş aparacağını bildirən Çingiz Mustafayev ilk dəfə onun adını AZXEBER.COM-a açqlayıb:
 
"Eksklüziv olaraq sizə bildirim ki, özüm də hər gecə radiomuzda Bəkir adlı həmkarımla canlı efir aparacağam. Verilişimin adı "Qulaq as" olacaq. Daha sonra verilişimiz gündüz saatlarında da dinləyicilərlə görüşə gələcək".
 
Çingiz heç bir halda bu dalğada bayağı mahnılara yol verilməyəcəyini dinləyicilərin diqqətinə çatdırıb:
 
"Biz radiomuzu beynəlxalq arenaya çıxartmağı hədəfləyirik. Bu radioda rus, ingilis dilində mahnılar, verilişlər olacaq. Bunun üçün də yalnız seçmə və formatımıza uyğun sənətçilərin musiqiləri yayımlanacaq. Hətta uyğun bilmədiyimiz müğənni formata uyğun mahnı da gətirsə, onu qəbul etməyəcəyik və burada heç bir puldan, tapşırıqdan söhbət gedə bilməz. Mənim hədəfim bu radionu onlayn olaraq qlobala çıxartmaqdır".
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR