ÜST koronavirusdan sonra kəskinləşən xəstəliklərin adını açıqladı

ÜST koronavirusdan sonra kəskinləşən xəstəliklərin adını açıqladı
SOSİAL
20:18 26.09.2020
1252

Koronavirusdan sonra bəzi insanlarda ürək xəstəliyi və diabet ağırlaşa bilər.

"Moskva” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç xəbərdarlıq edib.

Onun sözlərinə görə, bunun səbəbi koronavirusun qan damarlarının vəziyyətinə təsir etməsidir.

Vuynoviç bildirib ki, artıq bununla bağlı tədqiqatlara başlanılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın V.A.Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin  Kardiologiya şöbəsinin müdiri Svetlana Villevalde də koronavirus pandemiyası fonunda dünyada ev şəraitində ürək xəstəliklərindən qəfil ölüm hallarının artdığını söyləmişdi. O bunu insanların yoluxma qorxusundan xəstəxanalara getməməsi ilə əlaqələndirmişdi.

OXŞAR XƏBƏRLƏR