“Sülh Şurası” Azərbaycana nə qazandıracaq? - Deputatdan açıqlama

“Sülh Şurası” Azərbaycana nə qazandıracaq? - Deputatdan açıqlama
SİYASƏT
16:00 26.01.2026
675
"”Sülh Şurası” müharibəni tam şəkildə bitirən yox, onu institusional çərçivəyə salan və legallaşdıran bir mexanizm ola bilər".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. 

O deyib ki, "Sülh Şurası” Azərbaycan üçün bir neçə müsbət istiqamətdə üstünlüklər yarada bilər:

"Həm diplomatik sahədə, həm də regional liderlik iddiasının praktik təzahürü kimi çıxış edə bilər. Əsas məsələ ondan ibarətdir ki, şura siyasi alətə çevrilməsin və real gündəmlə işləsin. Bu, son dərəcə vacibdir.
Praktiki baxımdan Sülh Şurasının məqsədi sülhün bərqərar olmasına töhfə verməkdir. Şura birbaşa qərarverici orqan olmasa da, Azərbaycan–Ermənistan münasibətlərində prosesə təsir edən və onu sürətləndirən amilə çevrilə və bir növ "yumşaq güc” aləti rolunu oynaya bilər”.

Deputat vurğulayıb ki,bu mexanizm bir neçə istiqamətdə özünü göstərəcək:

"Birincisi, beynəlxalq səviyyədə köhnə və effektivliyini itirmiş mexanizmləri əvəz edə bilər. Məsələn, ATƏT-in Minsk qrupu faktiki olaraq iflasa uğrayıb. Sülh Şurası onu əvəz edərək yeni regional siyasi formatın əsasını qoyar. Bu sözügedən prosesə Türkiyə, Gürcüstan, hətta Rusiya kimi regional ölkələrin daha fəal cəlb olunmasına şərait yarada bilər.  Yəni sülhün bərqərar olmasına regional güclər vasitəsilə töhfə verilməsi deməkdir. Risklər və məhdudiyyətlər də mövcuddur. Sülh Şurası siyasi iradəni əvəz etmir. Azərbaycan və Ermənistan arasında sülhün tam şəkildə bərqərar olması birbaşa Bakı və İrəvan arasında dialoqdan asılıdır. Əgər Ermənistan öhdəliklərdən yayınarsa, şuranın təsir imkanları məhdud olsa da, müəyyən dərəcədə rol oynaya bilər. Yenə də əsas nəticə yalnız birbaşa dialoq çərçivəsində mümkündür və bu prosesdə Vaşinqtonun rolu da danılmazdır”.
Parlamentari söyləyib ki, "Sülh Şurası” vasitəçi platformaya çevrilə bilər:

"Rəsmi danışıqların tıxandığı həssas mərhələlərdə tərəflər arasında qeyri-rəsmi dialoq kanalı yarada, kompromislər üçün şərait formalaşdıra bilər. Bu, Ermənistan daxilindəki siyasi parçalanma fonunda xüsusilə vacibdir. Azərbaycan üçün isə postmünaqişə dövründə sülh təşəbbüslərinin müəllifi obrazını daha da möhkəmləndirir. Bu gün Azərbaycan təkcə qalib dövlət deyil, həm də regional lider imicinə sahib ölkədir.
Sülh müqaviləsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbulunu da asanlaşdırır. Şurada təmsil olunan dövlətlər Azərbaycanın sülhə yönəlik mövqeyini və atdığı addımları bir daha qəbul edir. Bu, təkcə Avropa üçün deyil, neytral ölkələr üçün də xüsusi əhəmiyyət daşıyır”.

O bildirib ki, bu, Ermənistan cəmiyyətinə bir mesajdır:

"”Sülh Şurası” Ermənistan daxilində sülhə qarşı çıxan, müharibə ritorikasını və revanşist ideyaları gücləndirən qüvvələrin təsirini zəiflədə bilər. Sülh Ermənistan üçün iqtisadi və təhlükəsizlik baxımından qoruyucu mexanizmə çevrilə bilər. Bu platforma radikal dairələrə qarşı beynəlxalq təzyiqi də artırar. Eyni zamanda Azərbaycanın və Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin - ərazi bütövlüyünün, müstəqilliyin, suverenliyin və xalqın rifahının təmin olunmasına yönəlik addımların dünyaya bir daha nümayişidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
07:39 19.09.2026
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı