Sumqayıtda 4 avtomobil toqquşdu – Xəsarət alanlar var - FOTO

Sumqayıtda 4 avtomobil toqquşdu – Xəsarət alanlar var - FOTO
SOSİAL
22:39 07.09.2026
79
Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "report.az”a istinadla xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, 2 "Toyota", "Kia", "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

 


OXŞAR XƏBƏRLƏR