Sumqayıtda ağsaqqal kişi arvadını döyə-döyə öldürdü

Sumqayıtda ağsaqqal kişi arvadını döyə-döyə öldürdü
Bütün Xəbərlər
11:44 08.04.2014
963
Faktla bağlı cinayət işi başlanıb.
Azərbaycanda ər həyat yoldaşını qətlə yetirib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 80 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1947-ci il təvəllüdlü Həbib Vahab oğlu Həbibov ailə münaqişəsi zəminində 1957-ci il təvəllüdlü həyat yoldaşı Nənəxanım Həbibovanı döyüb və başına güldanla vuraraq qətlə yetirib.
Hadisəni törədən H.Həbibov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR