Gecə Sumqayıtda azyaşlı dəm qazından boğulub.
Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 04:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 13 mkr. ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, mediada yayılan məlumatlarda onun dəm qazından boğulduğu bildirilib. Azyaşlının doqquz yaşı olduğu qeyd edilir.











































