Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
SOSİAL
15:35 14.11.2026
54
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Changan" və BYD markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən BYD idarəetmədən çıxaraq yolun kənarında park edilmiş BMW, "Audi" və "Volkswagen" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR