Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışı oldu

Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışı oldu
Bütün Xəbərlər
14:52 03.05.2013
1134

İlham Əliyev Mərkəzin açılışında iştirak edib

Bu gün Sumqayıta səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Mərkəzin yaradılması ilk növbədə sumqayıtlıların dahi rəhbərin xatirəsinə yüksək ehtiramını nümayiş etdirir. Yeni Mərkəz həm də ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsində və təbliğində mühüm rol oynayır. Mərkəzdəki eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırda ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Dövlət başçısı Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan ibarət guşəyə baxıb. Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.

OXŞAR XƏBƏRLƏR