Suraxanıda iri çuxurlar avtomobillərin hərəkətini çətinləşdirdi - VİDEO

Suraxanıda iri çuxurlar avtomobillərin hərəkətini çətinləşdirdi - VİDEO
SOSİAL
01:08 22.04.2026
612
Yolda yaranan iri çuxurlar avtomobillərin hərəkətini çətinləşdirib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, sürücülər deyirlər ki, paytaxtın Suraxanı rayonu 14 iyul küçəsindəki bu vəziyyət 2 aydan çoxdur davam edir. Xüsusən ötən ay yağan güclü yağışlardan sonra çalalar daha da böyüyüb. Bu səbəbdən avtomobillərin hərəkəti çətinləşib.

Sürücülərn sözlərinə görə, xüsusən yağışlı günlərdə çuxurlar su ilə dolur. Sürücülər hərəkət zamanı ya çuxurları görmədən ora düşür, ya da son anda çuxurdan yayınmağa çalışırlar ki, bu da hər an qəza riskini artırır:

Suraxanı rayon İcra hakimiyyətindən bildirildi ki, intensiv yağışlar zamanı asfalt örtüyündə yaranmış çalaların təmir olunması ilə bağlı aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub. Yaxın zamanda məsələnin öz müsbət həllini tapacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR