Sürücülərin nəzərinə – Bu yollarda hərəkət məhdudlaşdırılacaq
SOSİAL
21:06 13.08.2026
181
Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 14-dən etibarən Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
AZXEBER.COM xəbər verir ki, məhdudiyyət saat 08:00-dan tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
Məhdudiyyət aşağıdakı küçələrin qeyd olunan hissələrini əhatə edəcək:
Həsən Abdullayev küçəsi - Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;
Rostropoviçlər küçəsi - Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;
Nizami küçəsi - Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;
Səid Rüstəmov küçəsi - Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;
Əhməd Cavad küçəsi - Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;
Lermontov küçəsi - Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;
Həsən Seyidbəyli küçəsi - Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;
İlqar İsmayılov küçəsi - Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.
Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.