"Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir"

"Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir"
SİYASƏT
15:33 08.11.2022
289
"Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir".

AZXEBER.COM xəbər verir ki, bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

"Müharibə dövründə çoxsaylı müsahibələrdə mən müharibənin gedişatı ilə bağlı bəzi məqamları açıqlayırdım. Təbii ki, hər şeyi deyə bilmirdim. Xüsusilə gələcək planlar haqqında bir çox şeyləri deyə bilmirdim. Verilən suala cavab olaraq cəmi bir dəfə demişdim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

Hər dəfə Şuşada olarkən, - mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, - hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən də əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki "Zəfər yolu” adlandırılan yol cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq", - dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."